Nazirlər Kabineti Media Reyestri şəhadətnaməsinin formasını 3 aya hazırlayacaq, MEDİA Agentliyi isə… – Fərman

Nazirler Kabinetijpg 1585427233Nazirlər Kabineti üç ay müddətinə Media Reyestri şəhadətnaməsinin formasını təsdiq edərək bu barədə Azərbaycan Prezidentinə məlumat verəcək.

araztv.com  xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərmanında öz əksini tapıb.

Eyni zamanda hökumətə Media Reyestrinin aparılması qaydalarının layihəsini hazırlayaraq dövlət başçısına təqdim etmək tapşırılıb.

Medianın İnkişafı Agentliyi isə Media Reyestrinin yaradılmasını altı ay müddətində təmin etməli və həmin bazanın Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir