“İdarə heyətində qala bilməz” – Əflatun Amaşovdan AÇIQLAMA

1644215623 eflatun77Media nümayəndələrini təhqir edən, onlara “reket”, “dələduz”, “casus” deyən biznesmen-deputat Cavanşir Feyziyevlə bağlı yeni açıqlama verilib.

araztv.com  xəbər verir ki, Musavat.com-a danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələnin tez bir zamanda Mətbuat Şurasının gündəliyinə çıxarılacağını bildirib.

Əflatun Amaşov hazırda koronavirusa yoluxduğunu və bu məsələni imkan daxilində izlədiyini də deyib. Ə.Amaşov bildirib ki, Cavanşir Feyziyev Mətbuat Şurasının idarə heyətində qala bilməz.

Yaxın saatlarda Əflatun Amaşovun rəsmi açıqlaması gözlənilir.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir