Ramiz Mehdiyev İSTEFA VERİR: Yeni prezident KİM OLACAQ?

seventimes 15b04acca1af60289772cd1acb99b309 qw3g96aohex054rvynzk 768x403AMEA Rəyasət Heyətinin toplantısı təyin edilib

8 fevral tarixinə AMEA Rəyasət Heyətinin toplantısı təyin edilib.

araztv.com  xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yayılan məlumatda həmin gün Ramiz Mehdiyevin istefa verəcəyi iddia edilib.

Onun yerinə birinci vitse-prezident Arif Həşimov seçiləcəyi də bildirilib.

Qeyd edək ki, AMEA prezidenti Rəyasət Heyətinin toplantısında deyil, AMEA Ümumi yığıncağında seçilir.

Bu baxımdan hətta R.Mehdiyev həmin gün istefa versə belə, A.Həşimov səlahiyyətlərin icraçısı ola bilər.

Yeri gəlmişkən, Arif Həşimov hazırda birinci vitse-prezident vəzifəsini də icra edəndir.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir