Perunun Baş naziri təyinatından dörd gün sonra istefa verib

1644125376 duPerunun Baş naziri Hektor Valer Pinto, yerli mətbuatda həyat yoldaşının onu 2016-cı ildə özünə və qızına qarşı məişət zorakılığı törətməkdə ittiham etməsi ilə bağlı xəbərlərin yayılmasından sonra istefa verdiyini açıqlayıb.

Bu barədə  araztv.com   “TASS”a istinadən xəbər verir.

“Peruda ifrat sağçılarla əlaqəli olan qəzetlərin mənə vurduğu zərbəni qəbul edirəm. İddialar yalan məlumatlara əsaslanır. Bunun doğru olduğunu deyən adamları məhkəməyə verəcəm”- deyə, Baş nazir əlavə edib.

Qeyd edək ki, ötən ilin iyul ayından Peruda hökumət üzvləri üç dəfə dəyişib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir