Tağı Əhmədovun ayaqları tutuldu – Keçmiş məmur əlil arabasında

bandicam 2022 02 01 13 25 28 262Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti yenidən pisləşib.

araztv.com  xəbər verir ki, yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkən keçmiş rəis hazırda ciddi həkim nəzarətindədir.

Tağı Əhmədovun ayaqlarının tutulduğu, hərəkət imkanınının məhdudlaşdığı bildirilir. Qohumlarından birinin dediyinə görə, sabiq məmur ötən gün “Ömür” klinikasında müayinədən keçib.

Klinikaya əlil arabasında gələn Əhmədovu bir neçə yaxın qohumu müşaiyət edib.

T.Əhmədovun müayinədən sonra evinə getdiyi və özünü ətrafdan tamamilə təcrid etdiyi bildirilir.

Qeyd edək ki, sözügedən klinika T. Əhmədovun özünə məxsusdur.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir