Gənc icra başçısının ailə biznesi: Gədəbəy dağlarında bulaq zəbt edib, vətəndaşlara su satır — FOTOLAR

bandicam 2022 01 30 19 45 18 736

Ağstafanın gənc icra başçısı Seymur Orucov Gədəbəy rayonunda da özünə biznes qurub. 

araztv.com Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı xaricdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli yayıb.

O, iddia edib ki, keçmiş deputat və sabiq rektor Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə evli olan icra başçısı həyat yoldaşının adına “DAŞLI BULAQ -A” Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyatdan keçirib və Gədəbəyin dağlarında özünə böyük bir bulaq zəbt edib.  

Jurnalist qeyd edir ki, həmin bulağın suyu 18 kilometr məsafədən yoğunluğu 1 metrlik borularla gətirilir. Bundan sonra, icra başçısınını rayonda açdığı “Daşlı Bulaq” qablaşdırma müəssisəsində qablaşdırılır.

Məlumatla bağlı adları keçən şəxslərin mövqeyini dərc etdirməyə hazırıq.



araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir