Şagirdlərin psixoloji pasportlarının hazırlanmasına başlanılıb – Açıqlama

271374679 497548875061998 7821955402012202501 nŞagirdlərin psixoloji pasportları hazırlanacaq.

araztv.com  xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsinin rəsmisi, Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov Baku TV-də yayımlanan “Üzbəüz” verilişində bildirib.

O, son günlər məktəblərdə yaşanan hadisələrin təkrarlanmasının qarşısının alınması məqsədilə şagirdlərin psixoloji pasportlarının hazırlanması işinə başlanıldığını qeyd edib.

“Bu şagirdlərin psixoloji durumunu nəzarətdə saxlayacaq mexanizmdir və gələcəkdə belə halların sayını minimuma endirmək mümkün olacaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, son günlər şagirdlərin davranışları ilə bağlı bir çox videogörüntü yayılıb və bunlar geniş müzakirələrə səbəb olub.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/sTPYWfvB4u8’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir