“NATO qoşunlarını Ukraynaya yerləşdirməyəcək” – Stoltenberq

bandicam 2022 01 29 11 51 19 190NATO öz silahlı qüvvələrini Ukraynaya yerləşdirməyəcək. NATO-nun kollektiv təhlükəsizliklə bağlı Vaşinqton sazişinin 5-ci maddəsi üzv ölkələrə şamil edilir.

araztv.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq onlayn konfransda çıxışı zamanı deyib.

“NATO-nun öz ərazisini mühafizə etməsi ilə Ukraynaya hərbçi hazırlığında kömək etməsi və silah göndərməsini dəqiq fərqləndirmək lazımdır”, – deyə Baş katib əlavə edib.

Stoltenberq vurğulayıb ki, Rusiya öz sərhədlərində daha az NATO qüvvəsi görmək istəyir, amma Ukraynaya hücum olacağı təqdirdə bunun tam əksi baş verəcək.

NATO rəhbəri Alyansın Ukrayna ətrafındakı gərginliyin diplomatik yolla həllinin tərəfdarı olduğunu qeyd edib. 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir