Rusiya Qazaxıstanın strateji obyektlərinin mühafizəsini nəzarətə götürür

russRusiya Müdafiə Nazirliyinin aviasiya qrupu KTMT-nin Qazaxıstandakı missiyasında iştirak edən rusiyalı hərbçilərin hava ilə daşınmasını davam etdirir.

araztv.com  xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir. Qeyd edilir ki, desantçılar artıq aerodromları, sosial infrastrukturu və digər həyati əhəmiyyətli obyektləri mühafizə etməyə başlayıblar.

“Hava-desant bölmələri hərbi-nəqliyyat təyyarələrini Rusiyanın aerodromlarından daşıyıb, yükləri boşaltdıqdan sonra konvoy yerləşdirilmə məntəqələrinə yürüş edib, burada vəziyyət aydınlaşdırıldıqdan sonra KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin hərbi qulluqçuları tapşırıqları yerinə yetirməyə başlayıblar”, – deyə nazirliyin məlumatında bildirilir.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir