Sayğacların sıfırlanması ilə bağlı AÇIQLAMA

1641541382 saygac oxuma 050122Qaz sayğaclarında güzəştli limit həddi ilə bağlı göstəricilərin sıfırlanması ilə əlaqədar abonentlərdən 144 min müraciət daxil olub.

araztv.com  Trend-ə istinadən bildirir ki, bunu “Azəriqaz”ın 104 operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək deyib.

Onun sözlərinə görə, bu, xidmətin yüklənməsinə səbəb olub.

“Sayğac göstəriciləri ilə bağlı abonentlərin göndərdiyi şəkillərin sadəcə 30 faizi yararlıdır. Yəni, bunlarda tarix və saat göstərilib. Onun da 85-90 faizi işlənilib.

Lakin şəklin göndərilib göndərilməməsindən asılı olmayaraq sayğaclar sıfırlanacaq”, – qurum rəsmisi bildirib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir