Daha bir qanunsuz tikintinin qarşısı alındı – VİDEO

qanunsuzFövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanunsuz tikintinin qarşısını alıb.

araztv.com bildirir ki, bu barədə FHN-nin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Agentliyin mütəxəssisləri tərəfindən Mingəçevir şəhəri, Təbriz küçəsi, 10A ünvanında “MRT” MMC tərəfindən müvafiq sənədlər olmadan ticarət obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/xjBdb7JFieY'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir