Hardan-hara: Hakan Şükür kafedə işləyərkən… – Foto

 hakan-0sukur.jpg

ABŞ-a qaçan FETÖ-çü Hakan Şükür bu ölkədə çalışdığı kafedə ilk dəfə görüntülənib.

Avropa.info xəbər verir ki, Fətullahçı Terror Təşkilatına qarşı aparılan istintaq səbəbilə Türkiyədən xaricə qaçan və haqqında yaxalama qərarı olan keçmiş futbolçu Hakan Şükür qısa müddət sonra ABŞ-da ortaya çıxmışdı.

2015-ci ildə İstanbuldakı evini satan və bankdakı pulunu çəkdikdən sonra Türkiyədən qaçan Şükür ABŞ-ın Kaliforniya ştatında “Tuts Bakery & Cafe” adlı bir məkanı işlətməyə başlayıb.

Hakan Şükür sahibi olduğu kafedə çalışarkən ilk dəfə görüntülənib. Sosial mediada fotosunu paylaşan “Qalatasaray” futbol klubunun tərəfdarları Hakan Şükür üçün “haradan-haraya” şərhi yazıblar.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir