Fazil Mustafa: “Kimsə hansısa piri müqəddəs hesab edirsə, bu o demək deyil ki, ora müqəddəs yerdir” – VİDEO

61c041f4cc79961c041f4cc79b16399897484e1728d402c36f9963290200949836a8“Azərbaycanda qanunvericilik institutunun formalaşmasına ehtiyac var”.

araztv.com  APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin keçirilən iclasında “Turizm haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu, bir sıra məsələyə peşəkar yanaşmanın daha ciddi şəkildə tətbiq edilməsi üçün vacibdir: “Hansısa dövlət qurumdan gələn qanun layihələrində maraqlar toqquşur. Bizim tərəfimizdən bu qanun layihəsi qəbul edildikdən sonra vətəndaşların ziyanına olan və hansısa qurumun marağı üstün tutulan bir qanun ortaya çıxır”.

Deputat qanun layihəsində turistlərin hüquq və vəzifələrinə də toxunub: “Bu maddələri biz heç Azərbaycan vətəndaşı üçün təmin edə bilmirik. İkincisi müqəddəs yerlərlə bağlı məsələdir. Azərbaycanda hansı müqəddəs yer var? Burada tarixi, dini yerlər yazılsa, daha yaxşı olar. Kimsə hansısa piri müqəddəs hesab edirsə, bu o demək deyil ki, ora müqəddəs yerdir. İslam dünyasında “müqəddəs”, “halal” sözlərini spekulyasiya edirlər”.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/Rh9v4t03Vco'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir