Alyans Bolqarıstan və Rumıniyadakı kontingentini genişləndirməlidir.
araztv.com Axar.az-a istinadən bildirir ki, bu təkliflə NATO-nun Avropadakı müttəfiq silahlı qüvvələrinin rəhbəri, amerikalı general Tod Uolters çıxış edib.
Bu barədə məlumat yayan Almaniyanın “Şpigel” qəzeti qeyd edib ki, təklif bu yaxınlarda tərəfdaş dövlətlərin hərbi qurumlarının rəhbərləri ilə videobağlantı vasitəsilə keçirilən gizli görüşdə səsləndirilib.
Qəzetin yazdığına görə, söhbət Bolqarıstan və Rumıniyada NATO-nun “Enhanced Forward Presence” missiyası çərçivəsində – Polşa və Baltikyanı ölkələrdə mövcud kontingentlər əsasında modelləşdirilmiş, 1500 nəfərə qədər olan iki hərbi kontingentin formalaşdırılmasından gedir.
İddiaya görə, NATO-nun mövcudluğunun genişləndirilməsi təklifi Ukrayna ilə sərhəddə Rusiya hərbçilərinin sayının artırılması səbəbindən irəli sürülüb.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.