“Yeni Osmanlı İmperiyası qurulurmu?” sualına Peskovdan CAVAB

 экрана 2021 12 18 012047Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin yeni Osmanlı İmperiyası qurmağa çalışdığına inanmadığını bildirib.

araztv.com  Yeniavaz.com-a istinadən xəbər verir ki, Peskov bu barədə RTVI -ya müsahibəsində deyib.

Kreml sözçüsü əlavə edib ki, Türk dünyasının mənəvi birliyi ideyası Türkiyədə çox populyardır:

“Həqiqətən də türk dünyasının mədəni, tarixi ortaqlığı var. Orta Asiya dövlətlərinin, hətta bizim Rusiya Federasiyasına daxil olan respublikaların – tatarların, başqırdların – da türklərlə ortaq tarixi var. Bu dil, mədəni və ümumi adət-ənənələrdir. Ona görə də bu heç də qorxulu bir şey deyil”.

Peskov son olaraq bildirib ki, Türkiyədə mədəni yaxınlığı və birliyi daha çox şeyə çevirmək istəyən millətçi təfəkkürlü qüvvələr də var.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir