“Paşinyan varsa, Türkiyənin İrəvana əlavə səfir göndərməsinə nə gərək…” – Qazaryan

 экрана 2021 12 18 011146

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətləri nizama salmaq, kommunikasiyaları açmaqla bağlı fəaliyyəti ölkədə birmənalı qarşılanmır.

Qonradma “erməni soyqırımı”, uydurma “Böyük Ermənistan” ideyaları ilə zəhərlənmiş toplum Paşinyanın qanşu dövlətlərlə münasibətləri nizama salmaq səylərini süngü ilə qarşılayırlar.

araztv.com  xəbər verir ki, Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş administrasiya rəhbəri Edqar Qazaryan Paşinyanın Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə razılaşdırılmış məsələləri ölkəyə və millətə xəyanət kimi qiymətləndirib.

Qazaryan eyni zamanda, Ermənistan də Türkiyənin münasibətləri nizama salmaq üçün xüsusi nümayəndələr seçməsinə də sərt təpki göstərib. “Türkiyənin Ermənistanda səfiri olmasını necə təsəvvür edirsiniz” sualına E.Qazaryan əsl erməni xisləti ilə cavab verib.”Türkiyənin Ermənistana səfiri təyin etməsinə ehtiyac yoxdur, Paşinyan və onun hökuməti Türkiyənin maraqlarına ən yaxşı formada xidmət edirlər” deyə Qazaryan bildirib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir