Abid Şərifovun səs yazısı yayılan direktor bacısı qızı işdən çıxarıldı

 экрана 2021 12 18 010259

189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevanın müəllimlərdən pul yığması ilə bağlı yayılan səs yazısı bir neçə gündür gündəmi zəbt edib. Cəmiyyət tərəfindən ciddi narazılıqla qarşılanan hadisə ilə bağlı artıq direktor vəzifəsindən azad edilib.

araztv.com  Yenisabah.az-a istinadən bildirir ki, bununla bağlı Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. 

Xatırladaq ki, Ceyran Quliyeva Baş nazirin sabiq müavini Abid Şərifovun bacısı qızıdır və deyilənə görə o uzun illərdir ki, məhz dayısının hesabına vəzifədə qalmışdı. 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir