“İmtahan verib əla qiymət aldın, amma məktəbdə səni tanımırlarsa, o məktəbə necə rəhbərik edə bilərsən?” – Misir Mərdanov

misirmerdanov78

“Mənə elə gəlir ki, direktorların imtahanla işə qəbulu artıq bir şeydir”.

araztv.com  APA-ya istinadən xəbər verir ki, bunu keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, imtahanla hər şeyi qiymətləndirmək olmur: “İmtahanla hər hansı məqamda qiymətləndirmə mümkündür, amma hər zaman yox. Məsələn, idarəetmə qabiliyyəti, insanlara münasibət və s. məsələləri imtahanla qiymətləndirmək olmur. Mənə elə gəlir ki, hər bir məktəbin direktorunu cəmiyyət özü seçməlidir. İmtahan verib əla qiymət aldın, amma məktəbdə səni tanımırlarsa, o məktəbə necə rəhbərik edə bilərsən? Şəxsi fikrim budur ki, məktəb direktoru məktəbin öz içindən seçilməlidir. O məktəbdə işləyən ən nümunəvi, səriştəli müəllim direktor seçilməlidir ki, məktəbi də idarə edə bilsin”

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir