“Onu deyən başından böyük səhv edir” – Bayram Səfərov

1625733517bayramseferovŞuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov uzun zamandır görünməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, icra hakimiyyətinin saytında dekabr ayının 12-də Ulu Öndər Heydər Əliyevin anım günündə hər hansı tədbirin keçirilməsinə dair məlumat yerləşdirilməyib. Sosial şəbəkə istifadəçiləri icra başçısı Bayram Səfərovun səhhətində problem yarandığını iddia ediblər.

araztv.com  Unikal.org-a istinadən xəbər verir ki, bu barədə B.Səfərov açıqlama verib:

“Vəziyyətim yaxşıdır. Səhhətimdə hər hansı bir problem yoxdur. Hazırda məzuniyyətdəyəm. Nə bilirsiniz ki tədbir keçirilməyib? Onu deyən başından böyük səhv edir”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir