Rusiya ABŞ-a rekord həcmdə döyüş sursatları satıb

sursat rusiya

Rusiyadan ABŞ-a döyüş sursatlarının ixracı bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Belə ki, bu ilin yanvar-oktyabr aylarında Rusiya ABŞ-a 157,9 milyon dollarlıq döyüş sursatları ixrac edib.

araztv.com  “Russian Today”ə istinadən xəbər verir ki, Rusiya rəsmi Vaşinqtonun Moskvanın silah sənayesinə tətbiq etdiyi sanksiyalara baxmayaraq, ABŞ-a rekord sayda sursat göndərib.

Hesabatlar göstərir ki, ABŞ bu ilin ilk 10 ayı ərzində Rusiyadan 157,9 milyon dollar dəyərində sursat alıb ki, bu da maksimum səviyyədir. Əvvəlki rekord 2016-cı ildə 148 milyon dollar olub.

ABŞ şirkətləri Rusiyadan ötən il 120 milyon dollar dəyərində sursat idxal edib. Ümumilikdə, Amerika firmaları bu ilin yanvar-oktyabr aylarında 7 700 tondan çox Rusiya döyüş sursatı idxal edib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir