Ağdamda yol çəkən texnika minaya düşüb.
araztv.com APA-ya istinadən bildirir ki, hadisə Ağdamın işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində baş verib. KON markalı traktor tank əleyhinə minaya düşüb. Nəticədə texnikaya ciddi ziyan dəyib. İlkin məlumata görə, sürücü xəsarət almayıb.
Hadisə yerinə ANAMA- nın əməkdaşları cəlb olunub.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.