Laçın dəhlizində sərhəd-keçid məntəqələri yoxdur, Zəngəzur dəhlizində də olmamalıdır” – Şahin Mustafayev

sahinHazırda Laçın dəhlizində sərhəd-keçid məntəqələri yoxdur. Zəngəzur dəhlizində də sərhəd-keçid məntəqələri olmamalıdır.

araztv.com-ın xəbərinə görə, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bildirib.

“Əgər Ermənistan vətəndaşların və yüklərin hərəkətinə nəzarət etmək məqsədilə sərhəd-keçid məntəqələrini qurmaqda israr etsə, biz də həmin məntəqələrin Laçın dəhlizində qurulmasında israr edəcəyik”, – Baş nazirin müavini vurğulayıb.

Ş. Mustafayev qeyd edib ki, Azərbaycanın Ermənistanla danışıqlarda mövqeyi konstruktivdir.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir