Bakıda “Gelandewagen” qəza törətdi, xəsarət alan var – FOTO

QALIK3

Bakı-Sumqayıt şossesində iki avtomobil toqquşub.

araztv.com APA-ya istinadən xəbər verir ki, qəza şossenin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

10 MY 551 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobil yüksək sürətlə “Opel” markalı avtomobilə çırpılıb. Sonuncu nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

“Mercedes”də olan bir nəfər xəsarət alıb. “Opel” markalı avtomobilin sürücüsü bildirib ki, sükanı arxasında olan nəqliyyat vasitəsi nasaz vəziyyətdə yolda dayanıb. Buna görə də qəza işıqlarını yandırıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

 


 
araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir