Deputat: “Media müəyyən çərçivəyə salınmalıdır”

eldarquliyev6“Hesab edirəm ki, Azərbaycanda “Media haqqında” Qanun mütləq qəbul olunmalıdır, çünki buna ehtiyac var. Bu, təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində belədir. Razıyam ki, media müəyyən çərçivəyə salınmalıdır. Söhbət medianın tənqidindən getmir, sadəcə olaraq hüquqi tənzimləmə vacibdir. Unutmaq olmaz ki, Azərbaycan hüquqi dövlətdir”.

araztv.com  Pravda.az-a  istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Eldar Quliyev “Media haqqında” yeni qanun layihəsi barədə danışarkən deyib.

Deputatın sözlərinə görə, xüsusilə son dövrlər mediada inkişaf gözə dəysə də, bəzən elə yalan və şər məlumatlar paylaşılır ki, onlar heç bir çərçivəyə sığmır: “Ona görə də jurnalistlər üçün müəyyən məsuliyyət yaradılmalıdır. Jurnalistlər yazdıqlarının, paylaşdıqları məlumatın arxasında durmağı bacarmalıdırlar”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir