Jurnalistlərə güzəştlər veriləcək – RƏSMİ

modern.az 09.12.2021 1639034630

“Jurnalistlərin vergi güzəştləri və digər sosial təminatlardan da yararlanması üçün layihələr üzərində iş gedir”.

araztv.com xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı layihələr hazırlanıb:

“Yaxın vaxtlarda bununla bağlı da açıqlamalar veriləcək. İqtisadiyyat Nazirliyilə bu yöndə mütəmadi müzakirələr aparılır. Artıq jurnalistlərin narahat olduğu məqamlarla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi üçün konkret layihə var. Həm “Media haqqında” qanun, həm də Vergi Məcəlləsinə dəyişikliklərin eyni anda qəbul olunmasını istəyirik. Vergilər Məcəlləsinə jurnalistlərə, media subyektlərinə 5 il müddətinə vergi güzəştləri edilməsi təklif olunur”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir