Qırğız Respublikasının ölkəmizdəki səfiri Azərbaycan Mətbuat Şurasında — FOTO

WhatsApp Image 2021 12 10 at 00.55.21Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevın dekabrın 9-a Azərbaycan Mətbuat Şurasında olması barədə araztv.com-a daxil olan məlumata görə, qonağı salamlayan MŞ sədri Əflatun Amaşov, öncə ona, rəhbərlik etdiyi bu qurumun fəaliyyətindən geniş danışıb. Mətbuat Şurasının beynəlxalq media təşkilatları ilə sıx təmaslarından söz açan Şura rəhbəri, bu xüsusda türk dövlətləri və toplumlarının jurnalistləri ilə əlaqələrə də toxunub. O bildirib ki, son illər Türk Dünyasının konsolidasiyası ilə əlaqədar proseslər ayrı-ayrı ölkələrin media orqanlarının da ciddi əməkdaşlığını zərurətə çevirib.
Səfir Kayrat Osmonaliyev isə, Qırğızıstanla Azərbaycanın ikitərəfli və çoxtərəfli əməkdaşlığının ildən-ilə gücləndiyini diqqətə çatdıraraq, prosesə hər iki ölkənin jurnalistlərinin də dəstəyinin vacibliyi üzərində dayanıb.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Şuranın beynəlxalq əlaqələr komissiyasının rəhbəri Azər Həsrətin də iştirak etdiyi bu görüşdə, Azərbaycanın və Qırğız Respublikasının Türk Dünyasındakı yer və rolları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bu görüşdə həmçinin səfir Kayrat Osmonaliyev rəhbərlik etdiyi diplomatik missiya tərəfindən Azərbaycan dilində çap olunmuş “Qırğızlar” kitabını Mətbuat Şurasına hədiyyə edib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir