Moskva Rusiyadan deportasiya edilən Gürcüstan vətəndaşlarına 10 milyon avro ödəyəcək

74f4ef1f3ace38fa67475c6d9ddbd4c2Yaxın vaxtlarda Moskva 2006-cı ildə Rusiyadan deportasiya edilmiş Gürcüstan vətəndaşlarına, Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qoyulmuş 10 milyon avronu ödəməli olacaq .

araztv.com xəbər verir ki, bu barədə Avropa Şurası Nazirlər Komitəsinin nazir müavinləri səviyyəsində keçirilən iclasından sonra məlum olub. Avropa Şurasının saytında dərc olunan qərarda deyilir ki, ödəniş Avropa Şurasının bank hesabına hesablanmış faizlərlə “istənilən halda ilin sonuna qədər” həyata keçirilməlidir. Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın anlaşma memorandumu imzalamağa razılaşdığını qeyd edib, lakin hələ ki, imzalanmayıb. Qeyd edək ki, mənəvi kompensasiya 2006-cı ilin payızında Rusiyadan deportasiya olunmuş şəxslər üçün nəzərdə tutulub. Təzminatın ödənilməsi barədə qərarı Strasburq məhkəməsi 2019-cu ilin yanvarın 31-də qəbul edib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir