SON XƏBƏR: “Oğlumu Azərbaycana göndərməyə hazıram” – Paşinyan

1577847157 0 88 1670 1027 1920x0 80 0 0 1cd43f3127ff1b0d3c1fa688c7bcad3ePaşinyan yenidən oğlunu məhbuslarla dəyişməyi təklif edib: “Mən hələ də bütün erməni əsirlərin qaytarılması müqabilində oğlumu Azərbaycana göndərməyə hazıram”.

araztv.com  xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan bu gün – dekabrın 8-də parlamentin iclasında hökumət saatında müxalifətin “Hayastan” blokundan olan deputat Elinar Vardanyanın sualını cavablandırarkən deyib.

Ermənistan hökumətinin başçısı xatırladıb ki, onun seçki kampaniyası zamanı səsləndirdiyi təklif qüvvədə qalır.

“O vaxt Ermənistan hakimiyyəti rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə mənim təklifimi Azərbaycana çatdırmışdı. Hələlik heç bir cavab yoxdur”, – Paşinyan bildirib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir