Deputat Ülvi Quliyevin oğlu ilə “Profilaktik söhbətlər”-iki şirkətindən birini bağlayıb

bandicam 2021 12 05 23 15 26 059

 
“Profilaktik söhbətlərdə” deputat Ülvi Quliyevin oğluna İngiltərənin daşınmaz əmlak bazarından geri çəkilmək, mənzilləri satmaq və pulu ölkəyə geri gətirmək məsləhət görülüb.
 
araztv.com bildirir ki, bu haqda tanınmış jurnalist Cavnşir Həsənli FB səhifəsində yazıb:
Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadə Britaniyadakı iki şirkətindən birini bağlayıb. Onun təxminən iki il əvvəl Londonda təsis etdiyi MARKETING SOLE PROJECT LTD şirkəti bu il avqustun 24-də qapadılıb.
Bundan əvvəl sənədlər əsasında təqdim etdiyim materiallarda Orxan Quluzadənin sahib olduğu digər şirkəti – GUANO LTD üzərindən Londonda 5 bahalı mənzil alması haqqında yazmışdım.
Mənə çatan məlumata görə “profilaktik söhbətlərdə” deputatın oğluna İngiltərənin daşınmaz əmlak bazarından geri çəkilmək, mənzilləri satmaq və pulu ölkəyə geri gətirmək məsləhət görülüb.
 
 
araztv.com xəbər portalı.
 
 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir