Baş nazir mağazaya maskasız daxil olduğu üçün üzr istədi

1638715226 mette frederiksen

 
Danimarkanın Baş naziri Mette Frederiksen paytaxtda yerləşən mağazalardan birinə maskasız daxil olduğu üçün üzr istəyib.

araztv.com  xəbər verir ki, bu barədə siyasətçi “Facebook” hesabında yazıb.

“Dünən Kopenhagenin mərkəzində mağazada olarkən maska taxmağı unutmuşam. Buna görə təbii ki, məyusam və bir daha virusun yayılmasının qarşısını almaq üçün etdiklərinizə görə hər birinizə təşəkkür edirəm”, – deyə o bildirib.

Qeyd edək ki, baş nazirin mağazalardan birində maskasız dolaşması vətəndaşlar tərəfindən görüntülənmişdi. Bundan sonra baş nazir ölkəsində tənqidlərə tuş gəlmişdi.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir