Saakaşvili həbsxanaya qaytarılmayacaq– AÇIQLAMA

1636036387 1633428739 saakashvili 1

Gürcüstan Səhiyyə Nazirliyinin rəhbəri Yekaterina Tikaradze bildirib ki, sabiq prezident Mixeil Saakaşvilinin hərbi hospitaldan yenidən həbsxanaya köçürülməsi indiki mərhələdə planlaşdırılmır.

araztv.com  bildirir ki,  bu haqda “Sputnik Georgia” məlumat yayıb.
Mənbə yazır ki, bir gün əvvəl müxalifət telekanalları eks-prezidentin bir həftə ərzində həbsxanaya qaytarılmasına hazırlandığı barədə xəbərlər yayıblar.
“Yeməklə yanaşı, xəstəyə başqa prosedurlar da lazımdır. Onun tam sağalması vacibdir, yalnız bundan sonra onun hospitaldan buraxılması mümkün olacaq”, – deyə Tikaradze vurğulayıb.
O, Saakaşvilinin müalicə üçün xaricə aparılacağını da istisna edib. 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir