“Lukoil Moldova”nın rəhbəri Feyruz İsayev Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib

1638536945 img

Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə “Lukoyl” şirkətinin 30 illik yubileyi ilə əlaqədar “Lukoyl Moldova” şirkətinin rəhbəri Feyruz İsayev “Dostluq” ordeni ilə təltif edilib.
 
araztv.com-ın məlumatına görə, mükafatlandırma mərasimi noyabrın 26-da Kremldə baş tutub. 

Orden Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko tərəfindən Feyruz İsayevə təqdim edilib.

“Lukoil Moldova” ən böyük vergi ödəyicilərindən biridir və neft məhsulları bazarında liderlərdən biridir. Eyni zamanda, “Lukoyl Moldova” 1500-ə yaxın insanı işlə təmin edir.

Feyruz İsayev bundan əvvəl Moldovanın “Qloriya Munçiy” və “Şərəf ordeni” kimi medal və ordenlərlə təltif edilib.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/hs30V-1YxYM'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir