Qırğızıstan-Tacikistan sərhədində atışma

WhatsApp Image 2021 12 02 at 14.00.59 1Qırğızıstanla Tacikistan arasında sərhədin mübahisəli hissəsində atışma qeydə alınıb.

araztv.com xəbər verir ki, bu barədə ölkənin Sərhəd Mühafizə Xidməti məlumat yayıb.

Qırğızıstanın Batken vilayətində şərti sərhəd xəttinin yaxınlığında naməlum şəxslər 7 nəfəri atəşə tutublar.

Hadisənin baş vermə şəraitini aydınlaşdırmaq üçün Qırğızıstan və Tacikistan sərhəd zastavalarının rəhbərləri dərhal hadisə yerinə gəliblər, onlar atışmada iştirak edən şəxslərin axtarışı üçün tədbirlər görməyə razılaşıblar. Hadisə ilə bağlı iki ölkənin hüquq-mühafizə orqanları və yerli hakimiyyət orqanları məlumatlandırılıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir