AMİP helikopter qəzasında həlak olanlarla bağlı başsağlığ verdi

amip 1jpg 1638343765Noyabr 30-da səhər saatlarında Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin hərbi təlim uçuşu zamanı qəzaya uğraması nəticəsində 14 nəfər zabitimizin həlak olması, 2 zabitimizin yaralanması xəbərini dərin kədər hissləri ilə qarşıladıq.

Baş vermiş hadisə Vətənimiz üçün böyük itkidir.

Azərbaycan Milli İstiqlal Partiyası qəza nəticəsində həlak olan hərbçilərimizin ailə üzvlərinə və yaxınlarına, bütün xalqımıza dərin hüznlə başsağlığı verir.

Uca Allahdan Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik!

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir