“Rusiyanın son həftələrdə Ukraynada potensial hərbi əməliyyat planı üçün hazırlıqlarını artırıb”.
araztv.com Yenixeber.org-a istinadən bildirir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
“Rusiyanın Ukraynaya qarşı təcavüzkar planlar hazırladığına dair siqnallardan dərin narahatıq. Hazırda biz prezident Putinin təcavüz qərarına gəlib gəlmədiyini bilmirik. Əgər Rusiya Ukraynaya qarşı daha aqressiv hərəkət edərsə, ona ağır hesab ödətdirməyə hazırıq”, – deyə dövlət katibi bildirib.
O, Rusiyanı hərbi əməliyyat planlarından əl çəkməyə çağırıb. Həmçinin, NATO-nun əsas vəzifəsinin Avropa və Şimali Amerikanı qorumaq olduğunu bildirib:
“NATO bizim təhlükəsizliyimiz üçün çox vacibdir. Alyans ortaq dəyərlər üzərində qurulub. O, Avropa və Şimali Amerikada sabitlik üçün güclü qüvvədir”.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.