Almaniyalı deputat: “ATƏT-in Minsk Qrupu formatı işləmir”

DEPU77

   “Mən digər həmkarlarımın fikirlərini bölüşürəm ki, ATƏT-in Minsk Qrupu formatı işləmir və Aİ bu münaqişənin həlli istiqamətində yoxdur. Əminliklə deyirəm ki, telefon zəngləri kifayət deyil”.

   araztv.com-ın məlumatına görə, bunu Almaniyanın (Yaşıllar-Azad Avropa Alyansı) Avropa Parlamentindəki deputatı Viola von Kramon-Taubadel Avropa Parlamentinin Xarici Məsələlər Komitəsində Azərbaycan və Ermənistan arasında münasibətlərlə bağlı müzakirələrdə çıxışında deyib.

   Xanım parlamentari bildirib ki, insanlar əziyyət çəkir, saxlanılanlar dəyişdirilməyib, minalar hələ də qalır: “Və Avropa İttifaqı ortada yoxdur. Təqdirəlayiqdir ki, Aİ Şurasının Prezidenti Şarl Mişel “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində vasitəçilik danışıqları keçirəcək, lakin bu, kifayət deyil. Biz uzunmüddətli təhlükəsizlik mexanizmi təklif etməliyik. Düşünürəm ki, Fransa Aİ adından dürüst vasitəçi olmayıb”.

   O, Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin digər Aİ rəsmiləri ilə birgə işçi qrupu yaratmasını və regionda məkik diplomatiyasının mövcudluğunu görmək istədiyini vurğulayıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir