“Ömür boyu əzab-əziyyət çəkəcəm, amma mənə dözüm verən onun şəhidliyidir”

sehidatasi88

   “Mən balamla fəxr edirəm. Ana- bacılarımdan xahiş edirəm ki, onlar üçün ağlamasınlar. Sağ olsun millətimiz, torpağımız…”

   araztv.com  xəbər verir ki, bu sözləri ötən gün Xızıda helikopter qəzası zamanı şəhid olan 14 hərbçi ilə keçirilən vida mərasimində kapitan Xəyyam Əliyevin atası Əlixan Əliyev deyib.

   “Dünyanın yarısını gəzmişəm. Hara gedirdim, başımı aşağı salırdım. İndi fəxrlə gəzirəm. Torpaqlarımız azad olunub. Mənim balam şəhid olub. Düzdür, ömür boyu əzab-əziyyət çəkəcəm. Amma mənə dözüm verən onun şəhidliyidir” – Ə.Əliyev bildirib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir