Elçin Quliyevdən daha bir açıqlama

elcin1

   “Bu gün burada çıxış etmək çox ağırdır. Silahdaşlarımızı, müharibə iştirakçılarını itirdik. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər”.

   araztv.com-ın məlumatına görə, bunu helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.

   O, bir daha şəhid olan zabitlərin, əməkdaşların valideynlərinə, yaxınlarına, əzizlərinə DSX-nın bütün rəhbər heyəti və şəxsi heyəti adından başsağlığı verib: “Əmin ola bilərsiniz ki, hər bir Azərbaycan sərhədçisi şəhidlərimiz haqqında olan bütün məlumatları ürəklərində daşıyacaqlar. Onların göstərdikləri qəhrəmanlıqları yaşadaraq bütün hər kəsə göstərəcəklər”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir