Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və yaralananlar var

efqanteyyare

   Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

   araztv.com xəbər verir ki, məlumatda deyilir:

   “Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır.

   Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

   Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir