Parlamentdə qalmaqal: PAŞİNYAN FƏRARİ ÇIXDI

pasinyanreuters

Paşinyanın Ermənistan parlamentində çıxışı zamanı hərbi xidmət məsələsinə toxunması maraqlı anların yaşanmasına səbəb olub.

araztv.com xəbər verir ki, hakim partiyadan olan deputat Cemma Baqdasaryan Paşinyana müraciət edərək, “Siz orduda xidmət etməyən məmurların orduda xidmətini tələb etdiniz, bəs özünüz orduda xidmətə hazırsınızmı?” sualını verib. Paşinyan isə cavabında xidmət edənlərin hamısının orduya çağırılması ilə bağlı heç bir tələb irəli sürmədiyini deyib.

“Yelk fraksiyasında da, sizdə də insanlar var ki, xidmət keçməyiblər. Biz 2016-cı ilin aprelində könüllü bölmələr yaratdıq və təmas xəttində səngərlər qazdıq. Deputat statusum mənə bu bölməyə qatılmağa mane olmadı”, – Paşinyan deyib./axar.az/

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir