Mirşahin: “Qaziliyi, potensial şəhadəti məişətləşdirmək olmaz”

mirsahin12

   “İlham Əliyev döyüşür. Azərbaycanın birinci döyüşçüsü yenə də öndədir. Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin şəhid ailələrinə, qazilərə, onların ailələrinə necə həssas yanaşdığını, müharibədən çıxmış, öz daxili imkanları hesabına, heç bir başqa dövlətdən, başqa qurumdan ömək özləmədən başladığı Böyük Qayıdış proqramını necə icra etdiyini xatırlatmağa, məncə, ehtiyac yoxdur. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə faktiki olaraq yeni bir dövlət tikir. Qarabağ İqtisadi rayonu və Şərqi Zəngəzur adında. Deməli, birinci döyüşçünün yanında ilk növbədə onun döyüş yoldaşları, qazilər, keçmiş döyüşçülər olmalıdır”.

   araztv.com-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev bildirib.

   M.Ağayev qeyd edib ki, müharibədən qayıdandan sonra onlar öz əvvəlki iş yerlərində bu dəfə daha böyük həvəslə, uğrunda vuruşduqları Azərbaycanın inkişafına işləməlidirlər: “Unudulmamalıdır ki, döyüşçülər həm də qanun uğrunda döyüşüblər. Və qaziliyi, potensial şəhadəti məişətləşdirmək olmaz. İlk növbədə qazilər özləri buna yol verməməlidirlər. Başa düşürəm. Sosial şəbəkələrdir. İnternet resurslarıdır. Başı və ya ayağı bəlsiz internet tv-lər də var. Onlara da isti material lazımdır. Azərbaycan uğrunda vuruşmaqla, canını, vücudunun heç bir əzasını əsirgəməmək nümunəsi göstərən bir çox qardaşların bu günü – “Qaziyə yer süpürməyi təklif etdilər!”, “Əmək birjası qazini sürücülüyə rəva gördü”, “4 medallı döyüşçüyə budka açmağı da əsirgədilər!” və s. kimi başlıqların müşayiəti ilə təqdim olunur. Yanaşma düzgün deyil. Müharibəyə yola düşdüyün yerə də qayıtmalısan. Məntiq budur. Çünki sən davada elə çilingər dəzgahını, dalandar növbəni, idmançı trenajorunu da qorumaq üçün vuruşmusan. Böyük mənada vətənin namusu uğrunda vuruşmusan. Bu sənə yeni imtiyazlar verir əlbəttə. Amma daha çox, daha ürəkdən, daha böyük yanğıyla çalışmaq üçün. Düzgün başa düşülmək istəyirəm. Vuruşmaq heç kəsə ali təhsil vermir. Xüsusi biliklər vermir. Yalnız sədaqət və hünər təsdiqidir bu. Orduya yazılmaq, işə düzəlmək, xidməti orda davam etdirmək olar, yəqin ki. Qanun və səhhətin icazə verdiyi təqdirdə. İndi əsas iş keçmiş döyüşçülərin cəmiyyətə inteqrasiyasıldır. Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişməkdir. Psixoloji uyğunluğun təmin olunmasında məmurlardan xüsusi cəhətlər tələb olunur. Sosial şəbəkələr heç də həmişə yaxşı mənbə deyil”.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/_YH9Gy1fqkQ'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir