İlham Əliyev iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi – VİDEO

 ilham554

    “Görüş çox yaxşı keçdi, yaxşı söhbət etdik. Dost, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında çox yaxşı söhbət etdik. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək”.

   araztv.com  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsi sazişinin imzalanmasından sonra jurnalistlərə açıqlamasında deyib.

   Prezident açıqlamasında bildirib ki, xalqlarımız qardaş xalqlardır:

   “Ölkələrimiz qardaş ölkələrdir. Bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir”.

   Daha sonra iranlı jurnalist dövlət başçısına imzalanan sənədlə bağlı Azərbaycan dilində sual ünvanlayıb və Prezident sualı belə cavablayıb:

   “Sənəd də imzalandı. Bunun çox böyük əhəmiyyəti var. Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, çox gözəl üçtərəfli əməkdaşlıq üçün də zəmindir və bizim niyyətimizi göstərir. Bu, imzalanmış sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından çox böyük önəmi var”.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/LQYu7emZhHM’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir