Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin olunub.

      1638043651 nshot 20211128 000410627 Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin olunub

     araztv.com-ın xəbərinə görə, bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, tibb müəssisəsinin direktor vəzifəsi İlqar Ramizoğluna həvalə edilib.
İ.Ramizoğlu indiyədək həmin xəstəxananın həkim-kardioloqu vəzifəsində çalışıb.
Qeyd edək ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əzizovun marketlərdən birindən oğurluq etməsi ilə bağlı görüntüləri yayılıb. O, ötən gün öz ərizəsi ilə vəzifəsindən azad olunub.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir