TÜRKİYƏYƏ QARŞI HƏRƏKƏTƏ KEÇDİLƏR! – PREZİDENT HƏDƏF SEÇİLDİ

erdogan Putin 1

Ərdoğan hədəf göstərildi: “Təzyiqi artırmalıyıq”

Hurriyyet.org xəbər verir ki, “Financial Times” qəzetində çıxan bir məqalədə Qərbin Türkiyədə 24 iyun tarixində keçiriləcək seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğanın zəfərinin qarşısını almaq niyyəti açıq-aşkar əks olunub: “Qərb ölkələri Ərdoğanın üzərindəki təzyiqi daha çox əvvəldən artırmağa başlamalı idi”. Məqalədə Ərdoğanın seçkilərdə qələbə qazanmasının Türkiyə üçün vəziyyətin daha da ağırlaşacağı demək olduğu iddia edilib.

Türkiyə-Rusiya münasibətləri

Amerika və Avropanın narahatlığına rəğmən, Ərdoğan ilə Putin arasında səmimiyyət olduğuna diqqət çəkən məqalədə deyilir: “Türkiyə NATO üzvü və kağız üzərində Avropa İttifaqına namizəd ölkə olsa da, Ərdoğanın idarəsi altında Qərb ilə olan bağlarını qoparıb Rusiya prezidenti Vladimir Putinə doğru meyillənib”. (Hurriyyet.org)

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir