“Hesab edirəm ki, yalnız Soçi görüşü konkret nəticələr verə bilər” – Şevçenko

bandicam 2021 11 26 12 09 47 213Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Soçi görüşü konkret nəticələr verəcək.

araztv.com  Trend-ə istinadən xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində jurnalistlərə açıqlamasında məşhur rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko deyib.

“Hesab edirəm ki, yalnız Soçi görüşü konkret nəticələr verə bilər. Bakı-İrəvan-Moskva üçbucağında yerləşən proses mənə çox perspektivli görünür”, – deyə o qeyd edib.

Bu görüşdə müzakirəsi gözlənilən mövzulara gəlincə, M.Şevçenko sərhədlərin delimitasiyası ən vacib mövzu olduğunu vurğulayıb:

“Bir müddət əvvəl Ermənistan-Azərbaycan sərhədində faciəli hadisələr baş verəndə, o zaman insanlar həlak olanda, teleqram kanalımda yazmışdım ki, Ermənistan bu cür davranmağa davam edərsə, Qarabağ üçün ağladığı kimi Zəngəzura da ağlayacaq. Orada bu, kəskin reaksiya ilə qarşılanıb. Amma bu doğrudur. Müharibə ermənilərə yaxşı heç nə gətirməyəcək”. 

araztv.com xəbər portalı.

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir