“Makron hakimiyyətə gəlməmişdən əvvəl də Fransa ermənipərəst siyasət yürüdürdü. Bu ölkə ATƏT-in Minsk Qrupunun həmsədri olsa da, heç vaxt tərəfsizliyini qorumayıb, həmişə ermənilərin mövqeyindən çıxış edib”.
araztv.com xəbər verir ki, bunu SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.
O, qeyd edib ki, Makron 2017-ci ildə Fransa prezidenti seçiləndən sonra vəziyyət daha da pisləşdi. Makron nəinki sələflərinin yarıtmaz siyasətini davam etdirdi, hətta özünü Ermənistanın orta səviyyəli məmuru kimi aparmağa başladı. O, diplomatik etiket qaydalarını kobud şəkildə pozaraq erməni sevgisini açıq şəkildə büruzə verdi. Makron Ermənistanın timsalında tarixdə zülmə, zorakılığa dəstək verən prezident kimi qalacaq. 44 günlük Vətən müharibəsi dövründə Fransanın demokratik dəyərlərə necə “sadiq” olduğu bir daha üzə çıxdı.
Seymur Verdizadə bu barədə fikrini belə izah edib: “Bu ölkə təcavüzkar Ermənistanı dəstəkləməklə sözdə daşıyıcısı olduğu bütün demokratik dəyərlərə tüpürdü. Əgər Makronun imkanı və cəsarəti olsaydı, əlinə silah alıb Qarabağda azərbaycanlılara qarşı vuruşardı. Erməni lobbisinin təsirində olan bu adam həmin həssas günlərdə təmsil etdiyi ölkənin imicini dostluq etdiyi bir ovuc erməni biznesmeninin ayaqları altına atdı. Makronun erməni lobbisinin təsri altında olduğunu açıq şəkildə söyləyə bilərik. Təəssüf ki, Makron postmüharibə dövründə də dövlət adamına yaraşmayan davranış nümayiş etdirməkdədir. Makronun və onun kimi ikili standartlardan çıxış edən qərəzli Qərb liderlərinin yarıtmaz mövqeyi Azərbaycanı haqq işindən yayındıra bilməyəcək. Buna əmin ola bilərsiniz!”
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.