Moldovanın tanınmış “TRIBUNA” informasiya-analitik portalında siyasi təhlilçi, tarix elmləri doktoru Ruslan Şevçenkonun “AZƏRBAYCAN və ERMƏNİSTAN:
44 GÜNLÜK MÜHARİBƏDƏN SONRA BİR İL” məqaləsi dərc edilib. Bu barədə, Azərbaycanın Moldovadakı səfirliyindən araztv.com-a məlumat daxil olub. Məlumatda deyilir ki, Ruslan Şevçenko bu
məqaləsində Azərbaycan və Ermənistanda münaqişədən sonrakı dövrü, o cümlədən işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən aparılan genişmiqyaslı tikinti-bərpa işlərini və yeni reallıqlar nəzərə alınmaqla, regionun inkişaf perspektivlərini geniş işıqlandırıb.
Məqalə ilə daha ətraflı bu link vasitəsilə tanış ola bilərsiniz:https://tribuna.md/ru/2021/11/22/ru-%D0%B0%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD-vs-a%D1%80%D0%BC%D0%B5%D0%BD%D0%B8%D1%8F-%D0%B3%D0%BE%D0%B4-%D0%BF%D0%BE%D1%81%D0%BB%D0%B5-44-%D0%B4%D0%BD%D0%B5%D0%B2%D0%BD/азербайджан-vs-aрмения-год-после-44-дневн/
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.