Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülən zəhərlənib və dünyasını dəyişib.
araztv.com Pravda.az-a istinadən xəbər verir ki, Gülən çərşənbə günü gecə ABŞ-ın Pensilvaniya ştatında yaşadığı evdə zəhərlənib. Gülənin ətrafında olan daha bir nəfər də zəhərlənərək ölüb.
Villanın əməkdaşlarına isə media ilə təmasdan yayınmaq tapşırılıb. Bu. Gülənə qarşı sui-qəsd kimi dəyərləndirilir.
Amerika polisi və mediası bu məsələ ilə bağlı hələ ki, məlumat yaymayıb.
Qeyd edək ki, Fətullah Gülən 2016-cı ilin iyulundan dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham olunur.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.