Qırqovul ovlayan şəxs saxlanıldı

qirqovul8

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Aydınqışlaq kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin şəxsin rayonun Zarağan kənd sakini Şakir Hacıyev olduğu müəyyən edilib və o, polis şöbəsinə gətirilib. Həmin şəxsdən ovladığı qırqovul və “BUM” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir