Daima müştərilərinə yaxın olan və onları yenilikləri ilə sevindirən “OBA” marketlər şəbəkəsi oktyabrın 18-də “Şanslı Qonşu” adlı lotereyaya start verib.
Şirkətin 5 illik fəaliyyəti dövründə ilk dəfə keçirilən bu lotereyanın məqsədi müştərilərini yalnız endirimlərilə deyil, bol hədiyyələrlə də sevindirməkdir. Müştərilər hər 10 AZN-lik alış-verişdə 1 şans qazanaraq, lotereyaya qoşulub, möhtəşəm hədiyyələrin sahibi olmaq imkanı əldə edirlər.
Şanslı qonşular 5 ədəd 2021-ci il buraxılışlı Kia Rio avtomobili, hər biri 5 ədəd olmaqla, İstanbula səyahət turu, soyuducu, televizor, qabyuyan, paltaryuyan, planşet, kondisioner, mobil telefon və 500 AZN-lik hədiyyə kartları qazanacaqlar.
Lotereyanın iştirak qaydalarına əsasən, 18 yaşına çatmış hər kəs “OBA Market” mobil tətbiqini yükləyərək, iştirakını təsdiqləyib, şəxsi məlumatlarını tam və doğru doldurmalıdır.
Qeyd edək ki, “Xəzər” televiziyasının canlı efirində yayımlanacaq lotereyanın münsiflər heyəti Azərbaycanın tanınmış simaları və incəsənət xadimləri arasından seçilmişdir. Canlı yayımda lotereyanın qalibləri müəyyən olunacaqdır.
“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC-nin keçirdiyi “Şanslı Qonşu” lotereyası oktyabrın 18-dən
2022-ci il yanvar ayının 29-dək keçiriləcək.
Video üçün keçid: https://www.youtube.com/watch?v=Xa9G1VwK77k
[bt_youtube url=”https://www.youtube.com/watch?v=Xa9G1VwK77k” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC, ölkə üzrə 1000-dən çox mağazası və 6000-dən çox əməkdaşı ilə, vətəndaşlarımıza xidmət etməkdən qürur duyur! Elimizin hər yanı, “OBA”mızın ünvanı!
araz.az xəbər portalı.